Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-10 15:01:00
Non-Erasmus mübadilə proqramına sənəd qəbulu elan olunur

Non-Erasmus (ikili əməkdaşlıq çərçivəsində) mübadilə proqramına sənəd qəbulu elan olunur.

 

AzEdu.az xəbər verir ki, mübadilə proqramı çərçivəsində UNEC tələbələri 2021-2022-ci tədris ilinin yaz semestrində xaricdə təhsillərini davam edə bilərlər. Mübadilə proqramının şərtlərinə əsasən xarici universitetə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.  Universitetlər üzrə ayrılmış yerlərin say məhdudiyyətini nəzərə alaraq müraciət çox olunan zaman müsabiqə keçiriləcəkdir.

 

Əsas şərtlər:

  1. Tələbələrin orta balı (ÜÖMG) – 80-dan yuxarı olmalı
  2. Gedəcək ölkənin tədris olunacaq xarici dilini sərbəst bilməli.  
  3. UNEC-in 2-ci və ya 3-cü kurs tələbəsi olmalı.

Non-Erasmus  mübadilə proqramı çərçivəsində UNEC-in tələbələri aşağıdakı universitetlərə getmək üçün müraciət edə bilərlər:

  1. Fransanın Montpellier Universiteti – 2 yer (bakalavr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər)
  2. Koreyanın Solbridge Beynəlxalq Biznes Məktəbi – 2 yer (bakalavr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər)
  3. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti – 2 yer (bakalavr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər)
  4. Almaniyanın Siegen Universiteti - 4 yer (bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər)
  5. Litvanın Mykolos Romeris Universiteti – 4 yer (bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələr iştirak edə bilər)

Müraciət üçün tarixlər:

  1. Fransanın Montpellier Universiteti üçün - 14 noyabr 2021-ci il
  2. Almaniyanın Siegen Universiteti - 19 noyabr 2021-ci il
  3. Litvanın Mykolos Romeris Universiteti – 19 noyabr 2021-ci il
  4. Koreyanın Solbridge Beynəlxal Biznes Məktəbi – 19 noyabr 2021-ci il
  5. Rusiyanın Plexanov adına Rus İqtisad Universiteti – 19 noyabr 2021-ci il

Tələb olunan sənədlər:

  1. Ərizə
  2. Transkrip
  3. CV (azərbaycan və ingilis dilində)
  4. Pasport və ya şəxsiyyət vəsiqəsi

Sənədlər yuxarıda göstərilən ardıcıllıqlar bir fayl olaraq (pdf formatında) [email protected] email adresinə göndərilməlidir.

Seçim bir universitet üçün aparılmalıdır. Emailin mövzusunda seçdiyiniz universiteti qeyd edin.

QEYD:

  • Onlayn müsahibəyə ancaq müəyyən sayda (shortlisted candidates) tələbələr dəvət olunacaqdır.
  • Eyni kriteriyalara cavab verən tələbələr arasında üstünlük yuxarı kurs tələbələrinə veriləcəkdir.
  • Ölkənin viza qaydalarına əsasən tələbələrdən depozit tələb oluna bilər.
  • ÜST tərəfindən elan olunmuş pandemiya ilə bağlı xarici ölkədə mövcud vəziyyətlə bağlı mübadilə proqramlarının şərtləri dəyişdirilə bilər.

Proqramla bağlı konsultasiyalar 11 noyabr və 18 noyabr saat 11.00-da, 16 noyabr saat 15.00-da zoom platforması üzərindən aparılacaqdır: https://zoom.us/j/93093167066