Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-09 11:49:00
Təhsil Nazirliyi:Sabahdan şagird yerdəyişməsinə başlanılır

Noyabrın 10-nu saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə yenidən start veriləcək.

 

AzEdu.az xəbər verir ki, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

 

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına və valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə xidmət edir.

Xatırladaq ki, sentyabrın 12-dən etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu tədris ilinin başlaması və siniflərin komplektləşdirilməsi ilə əlaqədar müvəqqəti olaraq dayandırılmışdı.