Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 17:08:00
DİM-də Coğrafiya və riyaziyyat fənləri üzrə işçi qruplarının iclası keçirilib

Gündəlik məsələlər coğrafiya fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı, riyaziyyat fənnindən isə buraxılış imtahanları üçün proqramların müzakirəsi olub.

 

AzEdu.az xəbər verir ki, müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklərdəki uyğunsuzluqlar proqramlarda nəzərə alınır.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələlər ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

12 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.