Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 11:11:00
Paytaxt məktəblərinə Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanlarının adı verilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə Milli Qəhrəman və Vətən Müharibəsi qəhrəmanlarının adı verilib.

 

AzEdu.az xəbər verir  ki, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabinetinin qərarına əsasən, paytaxtdakı 6 ümumi təhsil müəssisəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının adları əbədiləşdirilib.

 

 

Bakı şəhəri 98 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin, 47 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin, 216 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun, 88 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun, 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun, 291 nömrəli Ekologiya Liseyinə isə Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adı verilib.

 

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən Müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə respublikanın müxtəlif şəhər və rayonlarındakı 37 məktəb və liseyə Azərbaycan Respublikasının Milli Qəhrəmanı və Vətən Müharibəsi qəhrəmanlarının adları verilib.