Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 09:24:00
ADNSU-da Zəfər gününə həsr olunmuş “Qayıdış” adlı bədii kompozisiya nümayiş olunub

Noyabrın 4-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin təşəbbüsü ilə 8 Noyabr- Zəfər gününə həsr olunmuş “Qayıdış” adlı bədii kompozisiya nümayiş olunub.

 

AzEdu.az xəbər verir ki, tədbirdə əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbir 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinin təqdim etdikləri “Qayıdış” bədii kompozisiyası ilə davam edib.

 

Tədbirdə çıxış edən ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov  44 günlük vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlikdən və xalqımızın mübarizə əzmindən söz açaraq Zəfər günü münasibətilə iştirakçıları təbrik edib.

 

Tədbirdə çıxış edən qonaqlar - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, “ASAN Könüllülük" Məktəbinin rəhbəri Cahangir Hacıyev, 1 saylı Bakı «ASAN xidmət» mərkəzinin direktoru Labidə Batıyeva, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bəybala Quliyev və digərləri Azərbaycan tarixinin ən qürurverici və şərəfli gününü bizlərə bəxş edən şahidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib və zəfər gününün ildönümü münasibətililə hər kəsi təbrik ediblər.  

 

Tədbirin sonunda 1 saylı Bakı "ASAN xidmət" mərkəzinin könüllülərinə sertifikatlar təqdim olunub.