Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-05 09:12:00
Fənlər üzrə imtahan proqramları və tapşırıq nümunələri müzakirə edilib

Noyabrın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib.

 

AzEdu.az xəbər verir ki, iclasda biologiya fənnindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları proqramı, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib.

 

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdəki uyğunsuzluqlar proqramda nəzərə alınıb. İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilir.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

Noyabrın 11-də müzakirələr davam etdiriləcək.