Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-02 11:26:00
Ali məktəblərə neçə nəfər ixtisas seçimi edib? – Bu ana olan NƏTİCƏLƏR

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 3790, II ixtisas qrupu üzrə 2541, III ixtisas qrupu üzrə  3140, IV ixtisas qrupu üzrə 1185 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 395, II ixtisas qrupu üzrə 308, III ixtisas qrupu üzrə 294, IV ixtisas qrupu üzrəisə 148 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 33 nəfərdir.

Bu saata əsasən, 4 ixtisas qrupu üzrə ümumilikdə 11.801 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları