Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 16:34:00
Biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib

4 noyabr 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qruplarının iclası keçirilib

 

AzEdu.az xəbər verir ki. gündəlik məsələ biologiya fənnindən IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları üçün proqramın, tarix fənnindən isə II və III ixtisas qrupları üzrə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin müzakirəsi olub.
 

Müzakirələr zamanı respublikanın ümumi təhsil müəssisələrində qüvvədə olan dərsliklər ilə əvvəlki illərin nəşrləri müqayisə edilib. Dərsliklərdəki uyğunsuzluqlar proqramda nəzərə alındı. İmtahan modelində nəzəri biliklərin tətbiqinə yönəlmiş, məntiqi düşünməyə əsaslanan, səbəb-nəticə əlaqələri üzərində qurulan tapşırıqlara üstünlük verilir.

 

İclasda iştirakçılar tərəfindən müzakirə edilən məsələ ilə bağlı fikir bildirilib və təkliflər verilib.

 

11 noyabr 2021-ci il tarixində müzakirələr davam etdiriləcək.