Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 15:19:00
"Onlayn təhsildən oflayn təhsilə" mövzusunda psixoloqla görüş küçirilib 

UNEC İnklüziv Təhsil Mərkəzi, Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin birgə təşkilatçılığı ilə “Onlayn təhsildən oflayn təhsilə” mövzusunda psixoloqla silsilə görüşlər keçirilib.

 

AzEdu.az xəbər verir ki, örüşlərin keçirilməsində əsas məqsəd UNEC-də təhsil alan tələbələrin COVİD-19 pandemiyası dövründə meydana çıxan problemlərin aradan qaldırılması və ümumi psixoloji vəziyyətin yaxşılaşdırılmasıdır.

 

13 dekabr 2019-cu il tarixində UNEC İnklüziv Təhsil Mərkəzi və Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzi arasında imzalanmış memorandum çərçivəsində fəaliyyətin bir istiqaməti olaraq tələbələrin psixoloqlarla görüşləri nəzərdə tutulub.

 

2021-2022-ci tədris ilinin ilk tədbiri 3 noyabr 2021-ci il tarixində Rus İqtisad Məktəbi ilə təşkil olunub. Görüşdə Loqos Psixoloji və Nitq İnkişafi Mərkəzinin aparıcı mütəxəssislərindən Günel Axundova, Rəna Quliyeva, Emin Səfərov Pandemiyanın təhsilə olan təsirləri, tələbələrin pandemiya şəraitinə adaptasiyası, ali təhsil müəssisələrinin tələbələrinin qarşılıqlı münasibətlərinin psixoloji təbiəti, Tələbələrə adaptasiyaya dair tövsiyəli mövzularında maraqlı diskussiya aparıblar.