Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 12:48:00
AzTU-nun məzunu, Vətən müharibəsi qazisi "I Zəfər Kuboku" yarışında ikinci yerə layiq görülüb

30 ildən sonra azad Ağdam ilk dəfə olaraq idman yarışına ev sahibliyi edib. "I Zəfər Kuboku" yarışının birinci iştirakçıları isə Vətən müharibəsi qaziləri olub.

 

AzEdu.az xəbər verir ki, yarımfinal və final görüşlərindən sonra turnirin mükafatçıları müəyyənləşib.

 

AzTU-nun Xüsusi texnika və texnologiya fakültəsinin 736a qrupundan məzun olan, Vətən müharibəsi qazisi Nicat Əhədov qılıncoynatma yarışında ikinci yerə layiq görülüb. Qeyd edək ki, Nicat Əhədov 2020-ci ildə AzTU-nu bitirdikdən sonra hərbi xidmətə yollanıb. Vətən müharibəsində iştirak edən Nicat Əhədov Suqovuşan istiqamətində döyüşlərdə ağır yaralanıb. Suqovuşanın işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərdiyinə görə, Prezident İlham Əliyevin Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.