Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-04 11:02:00
BMU-da “Öyrət və Öyrən” layihəsinə start verilib  

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin (DTKTM) təşkilatçılığı ilə “Öyrət və Öyrən” layihəsinə start verilib.

 

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində BMU-nun Pedaqoji fakültəsinin “Riyaziyyat müəllimliyi” və “Riyaziyyat və informatika müəllimliyi” ixtisaslarından olan tələbələrin məktəb şagirdlərinə könüllülük əsasında “Riyaziyyat” fənni üzrə əlavə məşğələlərin keçirilməsi qərara alınıb.

 

Layihənin əsas hədəfi pandemiya dövründə məktəblilərin Riyaziyyat fənni üzrə proqramın mənimsənilməsində qarşılaşdıqları problemləri aradan qaldırmaqdır. Bununla yanaşı, layihə BMU-nun Pedaqoji fakültəsinin tələbələrinə ümumtəhsil məktəblərdə müəllimlik təcrübəsinin əldə etmələrinə və öyrədərək öyrənmələrinə imkan yaradacaq.

 

Qeyd edək ki, BMU məktəb-universitet əməkdaşlığını davamlı olaraq genişləndirir və bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.