Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-03 11:06:00
Təhsili elə sərtləşdiririk ki, rektorun belə semestr imtahanlarına müdaxilə etmək imkanı olmur- Deputat

 

 

“Vətəndaşlar gedib, xarici ölkələrin universitetlərində imtahan vermədən tələbə olurlar. Bəs necə oxuyurlar? - burada çoxlu suallar meydana çıxır”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, professor  Musa Qasımlı səsləndirib.

 

Deputat belə olan halda azərbaycanlı ailələrin həmin universitetlərin sponsoruna çevrildiyini bildirib:

 

“Onların təhsil alması üçün valideyinləri təhsil haqqını burdan göndərir və bu zaman Azərbaycan, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi həmin universitetlərin sponsoruna çevrilirlər. Onlar geri qayıdırlar və növbəti problem yaranır, diplomların tanınması məsələsi. Bu gün kifayət qədər vətəndaş var ki, onlar Təhsil Nazirliyini məhkəməyə verirlər. Bu isə ölkəmizdə sosial gərginliyin yaranmasına gətirib çıxarır”.

 

Deputat xaricdə təhsil alan tələbələrin müəyyən təsirlərə məruz qaldığını bildirib:

 

“Biz bunun qarşısını necə ala bilərik? Axı Təhsil Nazirliyinin işi təkcə diplomların tanınması ilə bağlı deyil. Biz Qərb ölkələrinin təcrübəsini əsas götürüb qəbulu sadələşdirib, ali təhsili sərtləşdirməli, şəffaflaşdırmalı və ciddiləşdirməliyik. Təhsil bizdə onsuz da hamı üçün bərabərdir. Biz özümüzdə qapıları açmalıyıq ki, Azərbaycan gəncləri xaricə getməsin. Getsinlər, amma nəzərə alaq ki, xaricdə təhsil alan tələbələrimiz müəyyən neqativ qrupların təsirinə düşürlər, bu isə ölkəmizin milli təhlükəsizliyinə ciddi problem yaradır.Biz təhsili elə sərtləşdiririk ki, rektorun belə semestr imtahanlarına müdaxilə etmək imkanı olmur”.