Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-11-02 12:34:00
Repetitorluq fəaliyyətinə zərbə vuruldu - Son 3 ayda...

“Çin hakimiyyəti məktəbdən kənar təhsil sahəsində fəaliyyət göstərən özəl şirkətlərlə (repetitor xidmətləri göstərən) ciddi məşğul olmaq qərarına gəldi. Artıq nəticə də var: yeniliyin tətbiqindən və bu sahədə dövlət nəzarətinin gücləndirilməsi nəticəsində son 3 ayda belə şirkətlərin 40%-dən çoxu bağlanmaq məcburiyyətində qalıb”.

 

 

AzEdu.az xəbər verir ki,  bunu təhsil üzrə araşdırmaçı Oruc Mustafayev öz feysbuk səhifəsində yazıb

 

 

2021-ci ilin sonuna qədər məktəbliləri müxtəlif imtahanlara hazırlaşdıran bütün qeyri-dövlət Çin şirkətləri qeyri-kommersiya əsasına köçürülməlidir”

 

 

 Oruc Mustafayev qeyd edib ki, “Bu fəaliyyət sektorunda özəl şirkətlərin işinə qadağa qoyulacaq Yalnız iki istisna - "bədən tərbiyəsi" və "incəsənət" fənləri üzrə uşaq hazırlayan şirkətlərə qadağalar şamil olunmayacaq”.

 

 Son olaraq qeyd edək  ki, Çində repetitor sektorunun maliyyəsi 120 milyard dollar qiymətləndirilir. Çin Mərkəzi Televiziyasının məlumatına görə, 2021-ci il iyulun sonlarında ÇXR Dövlət Şurasının xüsusi qərarı dərc olunub, burada şagirdlərin yükünün azaldılmasına əsas diqqət yetirilib.

 

Gülcahan Məmmədova