Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-29 16:32:00
“Qəbul formatı dəyişəcək, repetitorluq sönəcək” – Gözlənilməz proqnoz

 

“Yeni qərarlar icra edildikdən sonra repetitorluq bazarı sönmək üzrə olacaq”

 

Bunu AzEdu.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi qeyd edib.

 

Ekspert hazırda repetitorluq bazarında Kimya fənni üzrə marağın azaldığını bildirib:

 

“Ümumiyyətlə, qarşıdakı illərdə qəbul formatı tamamilə yenilənəcək. Məntiq fənni də qəbul proqramına əlavə olunacaq. Bundan sonra isə əlbəttə repetitorluq bazarı sönmək üzrə olacaq. Çünki qəbul yalnız az sayda fənni əhatə edəcək. Hazırda isə I qrupda kimya fənni üzrə repetitorluq bazarında bu istiqamətə maraq azalır. Çünki I qrupda ən prestijli ixtisaslar kompyüteryönümlü ixtisaslardı ki, bunlar da informatika fənnini tələb edir”.

 

O, gələcək illərdə repetitor bazarına marağın necə dəyişəcəyi ilə bağlı öz proqnozlarını verib:

 

“Doğrudur, abituriyentlər istəyəcək ki, hər iki istiqamətdə, yəni həm kimya, həm də informatika üzrə hazırlaşsınlar. Çünki ikisi üzrə də imtahan vermək imkanı olacaq. Belə olan halda da əlavə olaraq informatika üzrə daha çox repetitora ehtiyac yaranacaq ki, bu da repetitor bazarını aktivləşdirəcək. Bir neçə il sonra isə yalnız informatika, məntiq və xarici dil üzrə imtahanlar götürüləcək ki, bu da digər fənlər üzrə repetiror bazarına ciddi təsir edəcək. 2019-cu ildə bu barədə təklif etmişdik, indi yerini alır”.