Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-26 14:48:00
Valideynlərə övladlarının inkişafı üçün lazım olacaq VASİTƏLƏR

Elm, rəsm, sənət kimi fərqli sahələrdən ibarət məzmunu olan valideynlərin və uşaqların faydalana biləcəyi bir sıra veb saytlar mövcuddur.

 

AzEdu.az onlardan bəzilərini təqdim edir.

 

Valideynlər MoMA Sənət Laboratoriyasının uşaqları müasir sənətə tanıdan və özlərinə aid texnikaları yaradmalarına şərait yaradan bir iPAD  proqramı olduğunu bilməlidir. Rəsm və kollaj, sənət əsərləri, ekran görüntüsü üçün kamera və qaleriya vardır. MoMA Sənət Laboratoriya hər hansı bir sənətçi və ya sənət maraqlıları üçün ödənişsiz proqramdır.

 

Otsimo- autizm spektr pozğunluğu, daun sendromu və öyrənmə çətinlikləri yaşayan uşaqların təhsilinə evdə dəstək vermək üçün psixoloqlar və müəllimlərin nəzarəti ilə inkişaf etdirilib. Hərflər, rəqəmlər, heyvanlar, əşyalar kimi təməl anlayışların öyrənmə çətinliyi və diqqət problemi yaşayan uşaqlara sıralamaq, çəkmək, səsli oyunlar vasitəsi ilə öyrədilməsi əsas məqsəddir. Telefona yüklənə bilən bu proqram uşaqlarınıza məktəblərinə davam etməyə kömək edəcək.

 

Otsimo uşaqlar və valideynlər üçün ayrılan 2 ayrı hissədən ibarətdir. Uşaq bölməsi uşağınızın yaşına və təhsil vəziyyətinə görə müvafiq sıra ilə açılan çeşidli oyunlardan əlavə, danışmaq problemi yaşayan uşaqlar üçün Dəstəkləyici Alternativ Əlaqə Sistemini(AAC)  özündə birləşdirir. Uşaq bölməsində reklamlar, diqqət dağıdıcı heç bir ünsür yer almaz.

 

Ailə bölümündə uşağınıza aid inkişaf hesabatlarını yoxlaya bilərsiniz. Əsas ekran bölməsindən uşağınızın hesabatını, proqram haqqındakı ən yeni bilgiləri ala bilərsiniz.

 

Otsimonu istifadə etmək ödənişsizdir, ancaq premium vasitəsilə daha çox şey əldə edə bilərsiniz- 50-dən çox oyundan istifadə, hər ay əlavə olunan 2 fərqli oyuna daxil olmaq, uşağınız üçün ayrıca olaraq hazırlanmış təhsil, uşağınızın günlük, həftəlik, aylıq inkişaf hesabatları, hər an canlı dəstək.

 

Super Pinqvin- 7-13 yaş üçün hazırlanan ilk mizah saytıdır. Duyğuları ifadə etmənin ən təsirli yolu olan bu proqram uşaqların xəyal gücünü, yaradıcılığını inkişaf etdirir. Karikatura və şəkilli hekayələr uşaqların oxuma vərdişlərini dəstəkləyir. Proqram karikatura çəkməyi də öyrətir.

 

Nasa kids club- Nasanın uşaqlar üçün qurduğu rəsmi saytı yetişkinlərə belə boş vaxtlarında yararlı olacaq zənginliyə sahibdir. Dünya, kosmosla əlaqəli əyləncəli və öyrədici oyunlar diqqətinizi çəkəcək. Bunların içərisində növbəti boşluğa hansı şəklin gələcəyini təxmin etdiyiniz “tapmaca oyunu” çətin, amma əyləncəlidir. Həm də Nasanın uşaqların anlayacaqları asanlıqda yazdığı kosmos xəbərləri də diqqət çəkicidir.

 

Bir şkaf kitab- uşaq ədəbiyyatından qaynaqların olduğu Bir şkaf kitab Türkiyədə bu sahədə olan əksikliyi aradan qaldırmaq üçün yola çıxıb. Yıldıray Karakaya və Banu Aksoy məktəbəqədər, ibtidai sinif çağında olan uşaqlara yönəlmiş hekayə, romanları analiz edir və tövsiyələr verir. Dünyada tanınan uşaq ədəbiyyatı yazıçılarını uşaqlara tanıdır.

 

Güvənli uşaq- içərisində oyun parkı, uşaq klubu, informasiya şkafı, internet kimi bir çox mövzuda faydalı bilgiləri tərkibində birləşdirir və uşaqlarınız üçün əyləncəli saytdır.

 

Fidan Ali