Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-21 13:33:00
Macarıstanın Peç və Mişkolç universitetlərinin nümayəndələri AzTU-da olub  

Macarıstan Respublikasının Peç və Mişkolç universitetlərinin beynəlxalq əməkdaşlıq üzrə nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olub.

 

AzEdu.az xəbər verir ki, Macarıstanın Azərbaycandakı səfirliyinin təhsil və mədəniyyət üzrə əməkdaşı Mihaly Gruberin təşkilatçılığı keçirilən görüşdə rektor Vilayət Vəliyev iki ölkə arasında münasibətlərin əhəmiyyətindən söhbət açıb. Rektor AzTU ilə Macarıstanın qabaqcıl universitetləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasının önəmindən danışıb.

 

Görüşdə Peç Universiteti ilə elektrik və elektronika mühəndisliyi, biomühəndislik, Mişkolç Universiteti ilə isə mexanika mühəndisliyi, dağ-mədən mühəndisliyi və kompüter elmləri üzrə ikili diplom proqramlarının hazırlanması, eyni zamanda “Erasmus+” mübadilə proqramı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.