Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-21 09:48:00
MDBMİ-nin Dayanıqlı İnkişaf Mərkəzi Azərbaycan ilə əməkdaşlığı genişləndirir      

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) Dayanıqlı İnkişaf Mərkəzi (DİM) elmi araşdırmalar və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılaşma əldə edilib.

 

AzEdu.az xəbər verir ki, Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının (RBAA) XIII Konventi çərçivəsində “Dayanıqlı İnkişaf və ESG-transformasiya: çağırışlar və biznes imkanları” mövzusunda sessiya keçirilib. Sessiyada MDBMİ DİM ilə bir sıra elm və təhsil müəssisələri arasında elmi tədqiqatlar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılıq əldə edilib, o cümlədən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı ilə görüş olub. Görüşdə əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə olunub. Sessiyanın işinin yekunlarına əsasən, MDBMİ DİM-in Dayanıqlı İnkişaf və ESG-transformasiya Mərkəzi ilə Azərbaycanın “Caspian Hydrogen Development Group LLC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

 

Rusiya Beynəlxalq Araşdırmalar Assosiasiyasının XIII Konventi oktyabrın 14-16-da MDBMİ-də keçirilib. Konvent çərçivəsində bir sıra iri beynəlxalq konfrans, 70-dən çox diskussiya sessiyası, çoxtərəfli və ikitərəfli dialoq məkanlarının, tərəfdaş elm və təhsil müəssisələrinin xüsusi tədbirləri təşkil edilib. Konventdə müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan 2000-ə yaxın alim, ekspert, dövlət hakimiyyətinin və korporativ sektorun nümayəndələri iştirak ediblər.

“Dayanıqlı İnkişaf və ESG-transformasiya: çağırışlar və biznes imkanları” sessiyasının moderatorları qismində MDBMİ-nin Dayanıqlı İnkişaf və ESG-transformasiya Mərkəzinin direktoru, təbiətdən istifadə və ekologiya beynəlxalq kompleks problemlər kafedrasının müdiri, Azərbaycanın RF-dəki ticarət nümayəndəsi Ruslan Əliyev və “Biznes Nyus Media” səhmdar cəmiyyətinin direktorlar şurasının sədri və səhmdarı (“Vedomosti” işgüzar qəzetinin naşiri) İvan Yeryomin çıxış ediblər.