Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-20 18:01:00
Estoniyada 12 yaşdan aşağı şagirdlərin də koronavirus testindən keçəcəyi gözlənilir  

Estoniyanın təhsil və elm naziri Liyna Kersna hökuməti məktəblərdə koronavirus testi prosedurunun dəyişdirilməsini müzakirə etməyə çağırıb.

 

AzEdu.az xəbər verir ki, nazirlik 12 yaşdan kiçik məktəblilərin də PCR testdən keçirilməsini nəzərdə tutan təklifi hökumətə təqdim edib.

 

Bildirilib ki, Estoniyanın Təhsil və Elm Nazirliyi burundan yaxma nümunəsi götürmək metodunu ağız boşluğundan yaxma götürmək metodu ilə əvəz etməklə test üsulunu daha əlverişli etməyi planlaşdırılır.

 

Azərtac