Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 13:55:00
Jurnalist övladları da ali məktəblərdən ixtisas seçirlər - SİYAHI    

Dünəndən ali məktəbələrə bütün qruplar üzrə müsabiqə şərtini ödəmiş abituriyentlər üçün ixtisas seçiminə başlayıb.

İxtisas seçimi iyulun 30-dan avqustun 13-dək internet vasitəsilə aparılacaq.

AzEdu.az xəbər verir ki, ixtisas seçimi edən abituriyentlər arasında jurnalist övladları da var.




“Şərq” qəzetinin redaktoru Yusif Nəzərlinin oğlu Turan
 qəbul imtahanlarında 629 bal toplamaqla ixtisas seçimində üstünlük qazanıb.




Lent.az saytının redaktoru Kəmalə Quliyevanın oğlu İnqilab
 da ixtisas seçən abituriyentlər sırasındadır.



"Cümhuriyət" qəzetinin redaktoru Elman Cəfərlinin qızı Çilənay
 yay imtahanında yaxşı bal yığıb – 516. Onun seçəcəyi ixtisaslar əsasən İqtisad Universiteti ilə Azərbaycan Turizm və Menecment Universitetindən olacaq.



Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin oğlu Murad
 topladığı balla tələbə adı qazanmağa namizəddir. 




"Fed.az" saytının rəhbəri Əli Əhmədovun qızı Maya Əhmədzadə
 ali məktəblərə hələ yaz qəbul imtahanında 694 bal toplayıb. Onun istədiyi ixtisası seçə biləcəyi şübhəsizdir.