Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 13:40:00
Deputat yüksək bal toplayan abituriyentlərlə görüşdü - FOTO    

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Lənkəranda, ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış abituriyentlərin bir qrupu ilə görüş keçirib.

AzEdu.az-ın məlumatına görə, abituriyentlərin valideynlərinin və Lənkəran rayon təhsil şöbəsinin müdirinin, bir neçə müəllimlərin də qatıldığı bu görüşdə millət vəkili ilk növbədə onları təbrik edib. 

Azərbaycanın gələcəyi olan bu cür tələbələrlə iftixar hissi keçirdiyini söyləyib.     

Deputat həmçinin ölkə prezidenti cənab İlham Əliyevin tələbələrə olan qayğısından, “bazarda” ən qiymətli əmtəənin ağıl, savad olduğundan danşıb.

O qeyd edib ki, bundan sonra da gənclər öz üzərlərində daim çalışmalı, həyatda yeni-yeni ugurlar qazanmalıdırlar. 

Abituriyentlərdən 700 bal toplamış Abıyev Rəmzi, 695 bal toplamış Xəlilov Ramin, 672 bal toplamış Məhərrəmova Albına və başqaları da öz növbələrində millət vəkilinə onlarla görüşdükləri üçün təşəkkür ediblər.

Sonda gənclər və valideynləri deputatla xatirə şəkli çəkdiriblər.