Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-14 17:08:00
Faciəvi  qəzaya səbəb olan sürücü bu universitetin tələbəsidir

Dünən Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsi adlanan hissəsində 5 nəfərin həyatına son qoyan dəhşətli qəzanı törətməkdə təqsirləndirilən sürücü Mahmud Əzizov Bakı Mühəndislik Universitetinin 2-ci kurs tələbəsidir.  

 


AzEdu.az xəbər verir ki , Bu barədə Modern.az-a onun tələbə yoldaşları məlumat veriblər.   Bakı Mühəndislik Universitetindən bildirlib ki, Mahmud Əzizov nümunəvi tələbələrdən olub.


19 yaşlı Mahmud Əzizov Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan Mahmud Əzizov 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edirmiş. 

 


Rəsmi açıqlamaya görə, hadisə zamanı Mərdəkan istiqamətində hərəkətdə olan 99 DH 343 DQN-lı “Mercedes” markalı yük avtomobili “Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan 171 nömrəli marşrut xətti üzrə 10 TH 116 DQ nömrəli sərnişin avtobusuna çırpılıb.



Qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.

 


Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.