Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 09:24:00
Məleykə Abbaszadə bu tələbələrlə bağlı Baş Prokurorluğa müraciət etdi - RƏSMİ

"10 nəfərə yaxın şəxs qəbul imtahanına başqasının əvəzinə gəlib”

AzEdu.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə  mətbuata açıqlaması zamanı deyib. Onun sözlərinə görə, yaz və yay qəbul imtahanlarında ümumilikdə 2975 nəfər iştirak etməyib:

“103 nəfərin imtahan nəticəsi ləğv olunub. Ancaq axtarışlar hələ də davam edir. Ola bilər ki, xüsusi axtarış nəticəsində ballarını elan etdiyimiz abituriyentlərin də nəticələri ləğv olunsun. 10 nəfərə yaxın şəxs qəbul imtahanına başqasının əvəzinə gəlib. Çox təəssüflər olsun ki, bunun da təşkilatçılığını məhz bəzi müəllimlər edirlər. İmtahan verənin əvəzinə gələn şəxslər vaxtilə 500 baldan yuxarı nəticə göstərən və hazırda III-IV  kursda təhsil alan tələbələrdir. Həmin tələbələr tərəfimizdən aşkarlanıb və  şəxsi məlumatları Baş Prokurorluğa təqdim edilib. Oxuduqları ali təhsil ocaqlarına bu barədə məlumat veriləcək. Əminik ki, həmin tələbələr barədə ali təhsil müəssisələrində müəyyən tədbir görüləcək”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları