Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-11 15:43:00
Türkiyənin səfiri ilə təhsil sahəsi üzrə əməkdaşlıq müzakirə edilib

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, səfirə  Ali Məktəbun  uğurlarından bəhs edən E.Qasımov  bu il ölkə üzrə Prezident təqaüdünə layiq görülən 102 nəfərdən 33-nün BANM-in tələbəsi olduğunu bildirib.

 

E.Qasımov vurğulayıb ki, qardaş ölkələr olan Azərbaycanla Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sektorunda geniş əməkdaşlıq mövcuddur və  BANM-in  Türkiyə universitetləri ilə qarşılıqlı əlaqələrinin qurulmasında maraqlıdırlar.  

 

Səfir Cahit Bağcı isə BANM-in nüfuzlu, beynəlxalq səviyyəli ali təhsil müəssisəsi kimi fəaliyyətini yüksək qiymətləndirib,  bu təhsil ocağının Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlığına dəstək verməyə hazır olduqlarını qeyd edib.

 

Görüşdə qarşılıqlı əməkdaşlıq, əlaqələrin yüksək səviyyədə inkişafı, Türkiyə universitetləri ilə BANM arasında birgə layihələr də müzakirə olunub.