Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-05 12:24:00
“Abituriyent” jurnalının xüsusi buraxılışları nəşr olunub

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələrini elektron formada “Abituriyent” jurnalının iki xüsusi buraxılışında dərc edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, bu xüsusi buraxılışlarda orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə minimal keçid balları və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.

 

Jurnalların elektron versiyasını (PDF formatında) DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.