Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-29 21:16:00
700 bal toplayan Selcan uğurunun səbəbindən DANIŞDI

Dövlət İmtahan Mərkəzi (DİM)-in iyulun 26-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının nəticələri açıqlanıb. İmtahanda II ixtisas qrupu üzrə 1 abituriyent, III ixtisas qrupu üzrə isə 3 abituriyent maksimum nəticə göstərib. AzEdu.az xəbər verir ki, 700 bal toplayanlardan biri də Gəncə şəhər 27 №-li məktəb-liseyin məzunu Selcan Məmmədlidir.

Təəssüratlarını "Yeni Gəncə” saytı ilə bölüşən Selcan Məmmədli qazandığı uğurda məktəbinin və valideynlərinin rolunun danılmaz olduğunu söyləyib.

Birinci qəbul imtahanından 676 bal toplamağına baxmayaraq Selcan bu nəticə ilə razılaşmayıb və yenidən hazırlaşaraq ikinci imtahandan maksimum nəticə əldə edib. Müsahibim abituriyentlərə məqsədlərini daha yüksək tutmağı, heç nəyin mümkünsüz olmadığını, yalnız belə halda uğur qazanacaqlarını bildirib.