Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 16:41:00
Kolleclərə qəbul olanların siyahısı BURADA dərc ediləcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ilində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbul üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, qəbul olan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (PDF formatında) oktyabrın 5-dən DİM saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.