Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 16:17:00
DİM-in əməkdaşı beynəlxalq onlayn konfransda çıxış edib

IEEE (Institute of Electrical and Electronics Engineers - Elektrik və Elektronika Mühəndisləri İnstitutu) təşkilatı tərəfindən 30 sentyabr – 2 oktyabr 2021-ci il tarixIərində Avtomatika və İnformatika üzrə onlayn beynəlxalq konfrans (ICAI 2021) keçirilib.

 

AzEdu.az xəbər verir ki, ICAI ənənəvi olaraq hər il oktyabr ayında Bolqarıstan Respublikası Prezidentinin dəstəyi ilə amerikalı ixtiraçı John Atanasoff günlərində keçirilir. Konfransın 50 illik tarixi var və Bolqarıstanda avtomatlaşdırma və kompüter texnologiyalarının inkişafına əhəmiyyətli töhfələr verib.

 

Konfransın əsas məqsədi beynəlxalq tədqiqatçıları və təcrübəçiləri bir araya gətirməkdir.

 

ICAI 2021 konfransının iştirakçıları avtomatlaşdırma, informasiya, kompüter elmləri, süni intellekt və müasir texnologiyaların tətbiqi üzrə çıxışlar ediblər. 

 

Beynəlxalq onlayn konfransda DİM-in Dövlət İnformasiya Departamentinin baş məsləhətçisi Xətayi Məmmədov “E-learning” istiqamətində “Dövlət İmtahan Mərkəzinin fəaliyyətində informasiya sistemlərinin rolu” mövzusunda təqdimatla çıxış edib və Mərkəzin “Şagird-məzun”, “Tələbə-məzun” sistemləri, eləcə də “Dövlət qulluqçularının reyestri”, “Ehtiyat kadrlar” informasiya sistemləri haqqında ətraflı məlumat verib.

 

Konfransın gündəliyi və çıxışlar barədə məlumat üçün linkə keçid edə bilərsiniz: http://icai-conf.org/