Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-04 15:30:00
Kolleclərin boş qalan plan yerlərinə BU SAYDA abituriyent qəbul olub

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kollec) boş qalan plan yerlərinə qəbul üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün 6429 abituriyent ərizə təqdim edib. Onlardan 1327-si orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.