Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 13:51:00
Gəncə terrorunda valideynlərini itirən Sevilə əlavə təqaüd veriləcək-Rektor

 

Azərbaycan Dövlət Aqrar  Universitetinin  rektoru  İbrahim Cəfərov  Gəncə terrorunda valideynlərini  itirən Sevil Əliyevanı qəbul edib.

 

Rektor bu barədə öz sosial şəbəkə hesabında məlumat paylaşıb.

 

AzEdu.az xəbər verir ki, rektor İbrahim Cəfərov Sevil Əliyevaya  təhsil aldığı müddətdə 150 manat  əlavə təqaüdün veriləcəyini bildirib:

 

“Dəyərli dostlar, bu gün 11 oktyabr 2020-ci il tarixdə Gəncə şəhərınə düşmənin dinc əhaliyə qarşı atdığı rakt hücumu zamanı hər iki valideynini itirmiş və universitetimizin “ marketinq” ixtisasına qəbul olunmuş Əliyeva Sevil Anar qızını qəbul etdim, onu təbrik etdik, planşetlə mükafatlandırdıq. Qərarımıza görə tələbə Əliyeva Sevil Anar qızına təhsil aldığı bütün illərdə 150 manat əlavə təqaüd veriləcək. Sevil balamı bir daha təbrik edir və onu gələcəkdə bu universitetin müəllimi kimi görmək istədiyimi bildirirəm”.