Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-01 13:03:00
Eyni balı toplayan müəllimləri vakansiya mərhələsində BU ÜSULLA seçirlər

Müddətli müqavilə ilə vakant yerlərə işə qəbul edilmiş şəxslər üçün 2021-2022-ci tədris ili ərzində daimiləşmə müsabiqəsinin həyata keçirilməsi nəzərdə tutulub.

 

 

Müəllimləri narahat edən məsələlərdən biri də eyni balı topladıqlarında seçimin hansı şəkildə aparılacağı ilə bağlıdır.

 

 

AzEdu.az İnsan Resursları Mərkəzinə istinadən xəbər verir ki, vakansiya seçimi mərhələsində topladığı bal bərabər olan iki və ya daha çox namizəd eyni vakant yeri eyni sıralamada seçdikdə namizədlərin ixtisas balına, təhsilinə, pedaqoji stajına və faktiki yaşayış yeri məlumatlarına əsasən imtahan ballarına müvafiq əmsallar tətbiq edilir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları