Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-29 13:12:00
Bu gündən kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanıb

Sentyabrın 29-da kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başlanıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, həm ümumi (9 illik), həm də tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə ixtisas seçimi oktyabrın 3-dək internet vasitəsilə aparılacaq.

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi ilə bağlı “Abituriyent” jurnalının 11-ci nömrəsi və jurnalın xüsusi buraxılışı nəşr edilib.
Jurnalın 11-ci nömrəsində tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunub.

“Abituriyent” jurnalının xüsusi buraxılışında isə ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu elanı, həmçinin “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması və təsdiqi üçün təlimat və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin nümunəsi, qəbul aparılan ixtisasların siyahısı, boş yerlərin sayı və s. məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.