Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-28 19:28:58
II qrup üzrə 700 bal toplayan yeganə abituriyent AzEdu.az-a danışdı: “Əzmi olan hər kəs bir gün məqsədinə çatacaq”

''Qəbul imtahanına hazırlaşmaq çətin mərhələdir"

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı II ixtisas qrupu üzrə 700 bal toplayan Lənkəran rayonu Balıqçılar qəsəbə orta məktəbinin məzunu Rəmzi Abıyev deyib. O müəllimlərinin və ailəsinin dəstəyilə bu nəticəni göstərəcəyinə şübhə etməyib:

"Əminliklə deyə bilərəm ki, əzmlə çalışan və məqsədinə inanan nəinki abituriyentlər, bütün insanlar öz məqsədlərinə çata bilərlər. Universitet seçiminə gəldikdə isə bunu ailəm və müəllimlərimlə məsləhətləşdikdən sonra qərar verəcəm"

İmtahanda II ixtisas qrupu üzrə 1 abituriyent (Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu), III ixtisas qrupu üzrə isə 3 abituriyent (Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü lisey, Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbi, Şəki rayonu, Şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

 
Nəzrin Rüstəmova
Müəllifin digər yazıları