Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-28 09:48:00
Sabahdan  universitetlərdə və kolleclərdə əyani dərslər başlayır

 

Baş  Nazir  Əli  Əsədovun  imzaladığı  qərara  əsasən  sentybarın 29-dan etibarən ali  təhsil müəssisələrində əyani  tədrisə start verilir.

 

AzEdu.az  xəbər  verir  ki, sabah  eyni zamanda  ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri, kolleclər və digər təhsil müəssisələri  üzrə  də  əyani  dərslər  başlayır.

 

Ümumi təhsil pilləsinin məktəbəhazırlıq  mərhələsində  dərslərə  oktyabrın 1-dən başlanılacaq.

 

Qeyd  edək ki,ibtidai təhsil səviyyəsi üzrə məktəblərdə dərslər  22 sentyabrdan etibarən başlayıb.