Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-14 14:15:00
Paytaxt məktəblisi “SFA Federasiyası Kuboku 2021” yelkənli qayıq yarışında çempion olub

Bakı məktəblisi “SFA Federasiyası Kuboku 2021” yelkənli qayıq yarışında çempion olub.

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ-nin tabeliyindəki 192 nömrəli tam orta məktəbin IX sinif şagirdi Fidan Ağazadə Azərbaycan Yelkənli İdman Federasiyası tərəfindən keçirilən turnirdə I yerin sahibi olub. İstedadlı idmançı kubokla təltif olunub. Həmçinin 35 idmançının iştirak etdiyi yarışda turnirin bütün iştirakçılarına sertifikat təqdim olunub.

Qeyd edək ki, bu, Fidanın ilk uğuru deyil. Bundan əvvəl də məktəbli ölkədaxili və beynəlxalq yarışlarda uğur qazanıb. Omanda keçirilən yelkənli qayıq idman növü üzrə beynəlxalq yarışda III yeri tutaraq bürünc medala layiq görülüb.