Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-13 13:10:00
Universitet işçisi koronavirusdan vəfat edib

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı İlham Abbasov vəfat edib.

 

AzEdu.az  xəbər verir ki, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

 

İ.Abbasov eyni zamanda böyrək çatışmazlığından əziyyət çəkirmiş.

 

ADU-nun rektoru, akademik Kamal Abdulla və kollektiv İlham Abbasovun ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

 

Qeyd edək ki, İ.Abbasov 1999-cu ildən ADU-nun əməkdaşı olub.