Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 17:45:00
DİM: İmtahanlarla bağlı müraciətlərə baxılması üçün apellyasiya təşkil ediləcək

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə əlavə buraxılış imtahanı və Azərbaycan dili (dövlət dili kimi) imtahanının nəticələri elan olunub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanlarla bağlı müraciətlərə baxılması üçün Mərkəz tərəfindən sentyabrın 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər sentyabrın 11-13-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.