Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 11:00:00
DİM-in hər iki doza vaksini vuran əməkdaşı COVID-19-dan öldü  

Dövlət İmtahan Mərkəzinin (DİM) əməkdaşı Zəhra Qarayeva vəfat edib.

 

AzEdu.az xəbər verir ki, Mərkəzin Mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə “Report”a bildirib ki, Z.Qarayeva avqust ayının 2-də məzuniyyətə çıxıb, məzuniyyət vaxtı COVID-19-a yoluxub və xəstəxanaya yerləşdirilib.

 

"Daha əvvəl hər iki doza vaksin olunub. Xəstəxanada müalicə alıb və özünü normal hiss edib. Lakin sonradan daxili orqanlarında – böyrəyində yaranmış problemlə əlaqədar vəziyyəti pisləşib. Həkimlərin səyinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb və sentyabrın 8-də xəstəxanada vəfat edib. Gənc idi, 29 yaşı var. Allah yaxınlarına səbir versin. Allahdan rəhmət diləyirik!", - X.Xanlarzadə deyib.