Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-10 09:24:00
Bu abituriyentlər üçün imtahan nəticələri iki gün ərzində elan olunacaq  

Dövlət İmtahan Mərkəzi 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, sentyabrın 9-da, həmçinin bu il keçirilmiş Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər qeyd olunan imtahanı veriblər. IX siniflər üzrə buraxılış imtahanı və Azərbaycan dili imtahanının nəticələrinin yaxın 2 gün ərzində elan olunması nəzərdə tutulur.