Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 17:58:00
ADNSU-a qəbul planında I ixtisas qrupu üzrə boş qalan yerlər açıqlanıb  

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) 2021-2022-ci tədris ili üzrə qəbul planında I ixtisas qrupu üzrə 310 yer boş qalıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

 

ADNSU-da geologiya, geologiya və geofizika mühəndisliyi, inşaat mühəndisliyi, maşın mühəndisliyi, materiallar mühəndisliyi, mədən mühəndisliyi, mühəndis fizikası, eyni zamanda, (aşağıdakı ixtisaslara müsabiqə rus bölməsi ilə birgə aparılır) geologiya və geofizika mühəndisliyi, inşaat mühəndisliyi, materiallar mühəndisliyi (tədris ingilis dilində) ixtisasları üzrə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.