Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-08 16:24:00
Dördüncü ixtisas qrupu üzrə ali məktəblərdə boş qalan plan yerləri açıqlanıb  

Bakı Dövlət Universiteti Qazax filialının 2021-2022-ci tədris ili üzrə qəbul planında IV qrup üzrə kimya və biologiya müəllimliyi ixtisasına 15, Naxçıvan Dövlət Universitetində isə biologiya müəllimliyi, kimya müəllimliyi və kimya ixtisasları üzrə 17 yer boş qalıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə məlumat “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunub.

 

Dördüncü ixtisas qrupu üzrə digər ali məktəblərdə də boş qalan plan yerləri açıqlanıb. Naxçıvan Müəllimlər İnstitutunda 15, Azərbaycan Dövlət Aqrar Universitetində 133, Gəncə Dövlət Universitetində 42 yer boş qalıb. Bu universitetlərdə təhsil almaq istəyənlər boş qalan plan yerlərinə internet vasitəsilə ixtisas seçimi edə bilərlər.

 

Xatırladaq ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə ixtisas seçimi internet vasitəsilə sentyabrın 10-dək aparılır.