Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 17:16:00
DİM: Bu il üçüncü ixtisas qrupu üzrə plan yerləri 98.68 faiz dolub

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbulun nəticələrinə dair bəzi statistik məlumatları (I mərhələdən sonra) açıqlayıb.

DİM-dən AzEdu.az-a bildirilib ki, ən gərgin müsabiqə vəziyyətinin III qrupda formalaşacağı proqnoz edilmişdi. Nəticələrdən də görürük ki, bu qrup üzrə plan yerləri 98.68 faiz dolub və cəmi 169 yer boş qalıb.

Xatırladaq ki, bu gündən ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi başlanır.