Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-06 12:23:00
Övladlarının məktəbdə yaxşı oxumağını istəyən valideynlərin DİQQƏTİNƏ

Yaddaşgücləndirici preparatların tibbi effekti sübuta yetirilməyib. Lakin uşaqların yaddaşlarının yaxşı olmasına nail olmaq mümkündür.

 

Bunu həkim-pediatr Günay Rəsulova övladlarının məktəbdə dərslərini yaxşı oxumağını, onların yaddaşlarının güclü olmasını istəyən valideynlərə tövsiyələrini verərəkən belə deyib.  Həkim qeyd edib ki, ilk nöbvbədə məktəbə gedən uşaqların sağlamlıq problemi olmamalıdır:

 

“Uşaqlar məktəb öncəsi lazımi müayinə və analizlərdən keçirilməli, qanı azdırsa, qurdu və ya tiroid problemi varsa, D vitamini əksikdirsə, həmin problemlər aradan qaldırılmalıdır. Çünki bu, uşaqlarda yaddaş zəifliyinə yol aça bilər".

 

G.Rəsulova qeyd edib ki, bundan sonra yaddaşı yaxşılaşdırmağın ən yaxşı yolu isə beyin məşqləridir. Məcbur etmədən, stres yaşatmadan uşaqları kitab oxumağa həvəsləndirmək lazımdır. Çünki stres özü yaddaşsızlığın əsas səbəblərindən biridir. İlk növbədə valideyn özü övladının yanında kitab oxumalıdır. Bu, ən yaxşı təbliğat və yönləndirmədir.

 

“Əsas məsələ uşağı məktəbdən, dərsdən bezdirməmək, onlar dərslərində “uğuruz” olduqda təzyiq göstərməməkdir. Övladlarımızın sağlamlıqlarına diqqət etməli və onları düzgün yönləndirməliyik”, - deyə həkim əlavə edib.

 

Aztibb.az