Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-04 17:42:00
Ali məktəblərə sənəd qəbulu onlayn aparılacaq

Ali təhsil müəssisələrinin bakalavr səviyyəsinə qəbul olmuş şəxslər ilk olaraq “portal.edu.az” saytında qeydiyyatdan keçməlidir. Bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Ali və orta ixtisas təhsili müəsssisələrinə təhsil alan qeydiyyatı” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir.


Qeyd: "portal.edu.az" saytında qeydiyyatdan keçməyən abituriyentlər DİM tərəfindən qəbul olunmamış şəxs kimi hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Universitetə dövlət sifarişi və öənişli əsaslarla qəbulolan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:

1. Attestat, kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında arayış və ya diplom). (surəti,əsli ali məktəbə təhvil veriləcək)

2. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);

3. Səxsiyyət vəsiqəsi (surəti)

4. Tərcümeyi hal

5. Müqavilə (Universitet verəcək)

6. Ağ fonda 3x4 ölçüdə fotoşəkil

7. İmtiyazın şamil olunması ücün müvafiq sənədlər (Surəti)

•Qaçqın,

- şəxsiyyət vəsiqələrinin surətləri (ata ,ana, özü)

- statusa aid sənədlərinin surətləri

•Valideyn himayəsi

- şəxsiyyət vəsiqəsinin surəti

- TSEK arayış

-valideyinlərin (valideyn) ölüm haqqında şəhadətnamə

• özü əlil

- əlil olması barədə TSEK arayış

- şəxsiyyət vəsiqəsinin surəti

• Qarabağ əlili (Şəhid ailələri)

- şəxsiyyət vəsiqəsinin surəti

- statusa aid sənədlərinin surətləri

-əlil olması barədə arayış

Qeyd: Sistemdə məcburi daxil edilməsi tələb olunan sənədlərdən əlavə Universitetimiz tərəfindən tələb olunan sənədlər “Əlavə sənəd (əgər qəbul olduğunuz təhsil müəssisəsi tərəfindən istənilirsə)” xanasına yüklənə bilər. Xananın yanındakı + (Əlavə et) düyməsinə sıxdıqda yeni sənədlər əlavə edilməsi üçün imkanı yaranır.