Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-04 16:35:00
DİM ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olanların siyahısını açıqlayıb  

Bu il 4 nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, 1 nəfər incəsənət sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 8 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.


Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 137 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub. 


Bundan əlavə, I ixtisas qrupu üzrə 139 abituriyent Azərbaycan-Fransız Universitetinə, 81 abituriyent Koreya Respublikasının INHA Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq İkili Diplom Proqramı çərçivəsində Bakı Mühəndislik Universitetinə, IV ixtisas qrupu üzrə 125 abituriyent İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına, 99 abituriyent (I-IV ixtisas qrupları üzrə) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunub.