Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-04 10:52:00
Övladı ali məktəbə daxil olan jurnalistlər-Yuxusuz gecələr nəticəsiz qalmadı

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi müsabiqəsinin nəticələri elan olunub.

 

 Tələbə adını qazanan şəxslər arasında jurnalistlərin övladları da yer alıb.

 

 AzEdu.az övladları tələbə adını qazanan jurnalistləri təqdim edir:

 

 Memarlıq və İnşaat Universitetinin Mətbuat Xidmətinin rəhbəri Nəcibə Mirzəyevanın oğlu tələbə adını qazanıb:

 

 “Oğlum Fərid Məmmədov ali məktəbə qəbul olub. Çoox sevincli və qürurluyam. O, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub. Qardaşından sonra bizə ikinci dəfə bu sevinci yaşatdı. Var ol, yolun həmişə belə işıqlı və aydın olsun!”.

 

 Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadənin qızı Mələk Qasımova tələbə adını qazanıb:

 

 “Mələyimiz Bakı Dövlət Universitetinin Psixologiya fakültəsinə qəbul olaraq tələbə adını qazandı. Mələk, sənin mülayim və insansevər təbiətinə bələdəm və əminəm ki, bu vacib sahənin incəliklərini öyrənib, vətənimiz üçün faydalı, savadlı və vicdanlı mütəxəssis olacaqsan.

 

 Təbriklər qızım! Yolun hər zaman açıq olsun”.

 

 AZƏRTAC-ın əməkdaşı Pərvanə İmanova da iki dəfə tələbə anası adını qazananlar sırasındadır:

 

 “Oğlum, Elcan  Məmmədli  öz istəyi ilə Azərbayccan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının   Məşqçilik fakültəsinə qəbul olub. Əlbəttə,  cox sevincilyəm, 2-ci dəfə tələbə anası olduğum üçün xoşbəxtəm”.

 

 Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü Əvəz Rüstəmovun övladı ali məktəbə qəbul olub:

 

 “Qismətimizə tələbə atası olmaq da yazılıbmış. Oğlum mənim 21 il əvvəl qapısını döydüyüm Bakı Dövlət Universitetinin tələbəsi oldu. Maraqlı, qürurlu, hədsiz sevincli hislər yaşayıram. Uca Tanrı hər kəsə gözəl qismətlər nəsib etsin. Övladı tələbə adını qazanan bütün dostları təbrik edir, balalara sağlam can, iti çalışmaq əzmi, bol-bol uğurlar arzulayıram”.

 

 AzNews.az xəbər portalının baş redaktoru Taleh Şahsuvarlının qızı da tələbə adını qazanıb:

 

 “Mən məktəb görəndə özümdən asılı olmadan sevinən, fərəh hissi keçirən adamam. Dövlət İmtahan Mərkəzi  hər il qəbul imtahanlarının nəticələrini açıqlayanda tələbə adını qazanan gənclərimiz, onların valideynləri qədər sevinc içində oluram. Bu gün isə xüsusən xoşbəxtəm, ona görə ki, DİM-in açıqladığı nəticələrə görə, tələbə adını qazananlar içərisində qızım da var. Nuray Şahsuvarlı ABŞ-ın Corciya Universiteti ilə birgə proqram əsasında ADNSU-nun İqtisadiyyat və Menecment fakültəsində, "menecment" ixtisası üzrə ingilis dilində təhsil alacaq. Tanrı bu cür xoşbəxt günləri bizim ailəmiz də daxil olmaqla millətimizə çox görməsin!”.

 

 Jurnalist Alim Elburusun qardaşı qızı da ali məktəbə qəbul olunub:

 

 “Nəhayət, çəkilən əziyyətin nəticəsini gördük. Çox şükür, qara qızım istədiyi ixtisasa qəbul oldu! Azərbaycan Dillər Universitetinin tələbəsidir. Yorğun və yuxusuz gecələrin nəticəsində tələbə adını qazandı, qara qızım! Tələbə adını mübarək olsun, balam!”.

 

 Space TV-nin əməkdaşı Zamira Dadaşovanın oğlu İlkin Dadaşov da, həmçinin, tələbə adını qazabıb:

 

 “Bəzən insandan soruşurlar ki,  xoşbəxtlik nədir? Dünən hər şeyə rəğmən xoşbəxtəm dediyim gun oldu. Oğlum su polosu üzrə yeni water poloya gedir. İllərdir ki, bu sahədədir. Azərbaycan millisində oynayır. Arzusu İdman Akademiyasına qəbul olmaq idi. Yalnız attestat imtahanı verdi. Diger imtahanlarda ishtirak etmədi. Azərbaycan Dövlət Bədən Tərbiyəsi ve İdman Akademiyasina seçdiyi ixtisasa- Məşqçiliyə daxil oldu. 7 ildir ki , su polosuyla məşğuldur. Xoşbəxtəm, bu hissi sözlə izah etmək mümkünsüzdür”.

 

 Azərbaycan Futzal Federasiyasının mətbuat katibi Mahal Məmmədovun övladı tələbə adını qazanıb:

 

 “Vətən Müharibəsində olan zaman ən çox zəng edən, mənə ürək-dirək, həm də tələbə olacağına söz verən igidim Memarlıq və İnşaat Universitetinin  Sənaye mühəndisliyi fakültəsinə daxil olub. 4 il dövlət sifarişi əsasında oxuyacaq. Təbrik edirəm!”.

 

 Vətəninfo.az-ın baş redaktoru Nahid Canbaxışlının qızı Fidan Canbaxışlı tələbə adını qazanıb:

 

 “Şükürlər olsun, qızım Fidan Bakı Slaviyan Univeristetinin İbtidai sinif müəlliməliyinə qəbul olunub. Çox xoşbəxt və sevincliyik”.

 

 Tələbə adını qazanan hamını təbrik edirik!

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları