Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 10:36:00
Universitetlərə ixtisas seçiminin cavabları bu gün elan olunacaq?- VACİB

 

 

Sosial şəbəkələrdə Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələrinin bu gün elan olunacağı ilə bağlı məlumatıar tirajlanır.

 

On minlərlə insanın səbirsizliklə gözlədiyi nəticələrin konkret olaraq hansı tarix və saatda açıqlanacağı ilə bağlı isə rəsmi məlumat yoxdur.

 

AzEdu.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri həftənin sonuna kimi elan olunacaq.

 

Bu bilgi qurumun rəsmi feysbuk səhifəsində də məhz bu şəkildə bildirilib.

 

Amma böyük ehtimalla cavabların bu gün də elan olunmasını gözləmək olar.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları