Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-03 09:30:00
İxtisasartırma proqramı çərçivəsində təlimlərə start verilib

Sentyabrın 2-dən etibarən Təhsil İnstitutunun Təhsil işçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən “İbtidai təhsil səviyyəsində dərs deyən müəllimlər üçün Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu və metodikası” üzrə ixtisasartırma proqramı çərçivəsində təlimlərə start verilib.

 

AzEsu.az xəbər verir ki, təlimlər ibtidai sinif müəllimlərinin Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu, tədris resursları və müvafiq təlim strategiyaları ilə bağlı bilik və bacarıqlarının artırılması üçün gələcəkdə ixtisasartırma təlimləri keçirəcək pedaqoji kadrların təkmilləşdirilməsi məqsədi daşıyır.

 

İxtisasartırma təlimlərində iştirakçılar müasir tədris resursları, fənnin məzmunu, dərsliklərin məzmunundakı yeniliklər, yaradıcı yanaşmalarla tanış olacaq, təlim tapşırıqları və qiymətləndirmə vasitələrini hazırlamağın yollarını öyrənmək imkanı qazanacaqlar.

 

Təlimlər onlayn və oflayn formada keçiriləcək. Belə ki, təlimlərə bölgələrdən qoşulan və təlim mərkəzinə gələ bilməyən iştirakçılar üçün onlayn iştirak etmək imkanı yaradılacaq.