Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-30 13:00:00
DİM: 24 nəfər TOEFL iBT imtahanı verib  

Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanları keçirilib.

 

AzEdu.az xəbər verir ki, imtahanlar iki növbədə DİM-in Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında müvafiq sanitar-gigiyenik qaydalara uyğun təşkil olunub.

 

Koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

Günün birinci yarısında keçirilən imtahanda 10, ikinci yarısında keçirilən imtahanda isə 14 nəfər olmaqla, ümumilikdə 24 (o cümlədən 1 əcnəbi) nəfər imtahanlarda iştirak edib. İştirakçılar imtahan nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.

 

Növbəti TOEFL iBT imtahanının sentyabrın 4-də keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında verilmiş linkdən əldə etmək mümkündür.