Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 16:23:00
“İxtisas seçimi üçün məlumatlarınızı verdiyiniz şəxs ərizənizi ləğv edə bilər”-DİM sədrindən ÇAĞIRIŞ

 

“Şəxsi  məlumatlarınızı, şəxsiyyət vəsiqəsinin fin kodunu, sizə məxsus olan elektron kabinetin kodlarını, şəxsi kodunuzu  xahiş edirəm heç kimə  verməyin. Bu sənədlərlə siz özünüz işləməlisiniz”.

 

AzEdu.az  xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə  Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı keçirilən canlı yayımda deyib.

 

DİM sədri abituriyentlərə müraciət  edərək  onları  ixtisas seçimi zamanı sadəcə DİM-in Məsləhət Mərkəzlərinə güvənməyə çağırıb:

 

“Çünki məlumatlarınızı verdiyiniz şəxsin sizinlə şəxsi qərəzliliyi ola bilər,ərizənizi  ləğv edə bilər. Bunu biz bilmirik, sizə sadəcə  ərizənizin nə zaman ləğv edildiyini göstərə bilərik. İxtisas seçimi zamanı  ərizənizi doldurmaq  üçün şəxsi məlumatlarınızı verdiyiniz şəxs sizin ərizənizi ləğv edə bilər. Xahiş edirəm bu prosesdə çox diqqətli olun. İxtisas seçimləri bağlı bizim məsləhət mərkəzlərimiz son günə kimi, eyni zamanda  əlavə  yerləşdirilmə  zamanı  da fəaliyyət göstərəcəkdir. Sizə məsləhət lazımdırsa, bizim yaratdığımız rəsmi məsləhət mərkəzlərinə  müraciət edin. Burada  xidmət ödənişsizdir. Sizə lazım olan xidməti  profesionallar göstərəkdir. Hər hansı bir probleminiz olarsa məsləhət mərkəzlərimizdə fəaliyyət göstərtərənlər  bizim qaynar xəttimizlə əlaqə saxlayaraq  problemi həll etməyə çalışacaqlar”.