Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-25 16:11:00
Qabiliyyət imtahanında subbakalavrın balı abituriyentdən yüksək olarsa hansına üstünlük verilir?-Rəsmi CAVAB

 

“Seçim zamanı subbakalavrlar abituriyentlərlə deyil, bir-biri ilə müqayisə olunur”

 

AzEdu.az xəbər verir ki, bunu DİM sədri Məleykə Abbaszadə Ali təhsil müəssisələrinə ixtisas seçimi ilə bağlı keçirilən canlı yayımda deyib.

 

“Ali təhsil müəssisələrinə əvvəlcə abituriyentlər yerləşdirilir,daha sonra boş qalan yerlərə subbakalavrların qəbulu aparılır. Qabiliyyət imtahanında subbakalavrın abituriyentdən çox bal toplaması ixtisas seçimi zamanı heç nəyi dəyişdirmir. Eyni yerə sənəd verən subbakalavrlardan təbii olaraq qabiliyyət imtahanında ən digərinə nisbətən çox bal toplayan qəbul olunacaq. Subbakalavrlar bir –biriləri ilə müqayisə olunurlar,abituriyentlərlə müqayisə olunmurlar.